"Koronavirus ağciyərlərdə kimyəvi yanıq yaradır, həkimlər çox məqamı gözdən qaçırıb” – Rusiyalı həkim müalicədə səhvlər barədə danışdı

  • 2020.04.29 21:13
  • 20279 Baxış
"Koronavirus ağciyərlərdə kimyəvi yanıq yaradır, həkimlər çox məqamı gözdən qaçırıb”  – Rusiyalı həkim müalicədə səhvlər barədə danışdı

Yeni növ koronavirusun ağciyərlərə vurduğu zərbə dünya həkimlərini şoka salmaqdadır. Bu günə kimi heç bir infeksiya xəstəliyində görünməyən dəyişiklik alimləri, həkimləri tərs köşə edib.

Medicina.az xəbər verir ki, Rusiyada tromboz üzrə mərkəzin rəhbəri, tibb elmləri namizədi Andrey Qromov koronavirus infeksiyası zamanı ağciyərlərin başqa cür müalicə olunmasını vacib sayır:

“İndi həkimlər infeksion müalicə protokolları ilə gedir, bu onları səhv məcraya yönəldir. Həkimlər ağciyərləri xilas edə bilər, bunun üçün 7-9 gün vaxtları var. Bu vaxt ərzində qan və damarların hüceyrələrini qoruyub, qan dövranı mikrosulyasiyasını artırmaq və tromb əmələ gəlməsinin qarşısını almaq lazımdır.

Virus qanın eritrosirtlərə və kapilyarların endoteliyasına da yapışır. Təkcə ağciyər yox, ürək, damar, qanın da hüceyrələri virus qarşısında acizdir. Amma ən dolğun mənzərə ağciyərlərin KT-də göründüyü üçün elə bilirik virus ağciyərləri sıradan çıxarır. Bura qədər həkimlər xeyli prosesi gözdən qaçırırlar, xüsusən damarların zədələnməsini.

İlk başdan Çin virusla mübarizə apardığı üçün, onların verdiyi informasiya kasad və yanlış idi. Onlar da pnevmoniyaya qədər olan vacib məqamları buraxmışdılar. Ən vacibi meyitlərin yarılmasının nəticələrini təqdim etmirdilər, bu isə çox vacib idi. Məhz orda virusun hansı orqan və damarları necə sıradan çıxardığı açıq görünür.
Amma indi Avropada meyitlərin müayinəsi göstərdi ki, damarların endotelləri və qan hüceyrələri virusla zədələnib.


Virus dəmir ionlarını sıradan çıxarır, hemoqlobin zədələnir, ona görə pasiyentlərdə boğulma və anemiya başlayır. Dəmir güclü aşılayıcı, yandırıcı təsir edir, bu da qanın kimyəvi yanğını deməkdir. Bu qan ağciyərlərə gedərək, onları sanki yandırır. Bundan sonra KT-də “kimyəvi yanıq” ocaqları kimi zədələnmələr görünür.


İtaliyalı həkimlər də 1 ay ərzində virusun qan damarları zədələməsi və tromboz yaratmasını aşkarlayıb, rəsmi olaraq koronavirusa qarşı heparinin istifadəsinə icazə verildi”.