Koronavirus mutasiyaya uğradı - İki alt tipə bölündü

  • 2020.03.05 15:59
  • 2127 Baxış
 Koronavirus mutasiyaya uğradı  - İki alt tipə bölündü

Çin tədqiqatçıları koronavirusun mutasiyaya uğradığını və hazırda ən az 2 alt-tipinin yayılmaqda olduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, bu barədə Pekin Universitetinin Həyat Elmləri fakultəsi və Çin Elmlər Akademiyasının nəzdindəki Şanxay İnstitutunun tədqiqatçıları açıqlama yayıb.

Virusun insanlara keçdikdən sonra “L” və “S” tipləri olmaqla 2 alt-tipə mutasiya edərək yayıldığı məlum olub.

Tədqiqatçılara görə, iki alt-tipin arasında daha təhlükəli və yolxucu olanı L-tipidir. Bununla belə 3-cü alt-tipin də istisna olmadığı və virusun təkamülünün öyrənilməsi üçün daha çox tədqiqata ehtiyac olduğu vurğulanıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 95000-i keçib.