Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus oktyabra kimi yayılacaq – Rusiyanın proqnozu

  • 2020.02.21 16:10
  • 5245 Baxış
Koronavirus oktyabra kimi yayılacaq –  Rusiyanın proqnozu



Rusiya ölkədə koronavirusun ikinci dalğa ilə geniş yayılmasının bu ilin sentyabr-oktyabr ayında baş verəcəyini proqnozlaşdırır.

Medicina.az xəbər verir ki, bu barədə Seçenov Universitetinin Parazitologiya və transmissiv xəstəliklər üzrə kafedra direktoru məlumat verib.

O qeyd edib ki, yoluxmanın birinci dalğası azalır. Bu mövsüm dəyişikliyi ilə bağlıdır, çünki virus dekabr-aprel aylarında aktiv olur.

Əgər yaxın 2 həftədə Rusiyada infeksiyaya tutulmuş şəxslər aşkarlanmasa rahat nəfəs almaq olar.

Lakin yeni dalğa payızda qayıdacaq və onun necə olacağını indidən demək olmur.
COVİD 2019 virusunun öz-özünə səngiyib itməsi versiyası isə 50% özünü doğrulda bilər.

Panikaya gərək yoxdur, lakin sığortalanmaq üçün çox ciddi tədbirlər görmək lazımdır.


Son məlumata görə, Çin koronavirusundan ölənlərin sayı 2200 nəfəri keçib. 80 min insan xəstələnib.