Koronavirus qida vasitəsi ilə yoluxurmu? - Alman mütəxəssislər açıqladı

  • 2020.03.30 13:05
  • 3229 Baxış
Koronavirus qida vasitəsi ilə yoluxurmu?  - Alman mütəxəssislər açıqladı
Koronavirus qida yolu ilə ötürülmür.

Bu barədə Almaniya Federal Kənd Təsərrüfatı və Qida Nazirliyi açıqlama verib.

“İndiyə qədər, heç bir halda xəstənin hər hansı bir yemək yeyərək koronavirusa yoluxduğu sübut olunmamışdır. Elm adamları, digər Korona viruslarının qida yolu ilə insanlara yoluxduğuna dair hesabat və ya dəlilə rast gəlməyiblər” açıqlamada deyilir.


Bugünkü məlumata görə, koronavirusun qida ilə yoluxma ehtimalı çox azdır. Bunun əsas səbəbi virusların nisbətən aşağı ekoloji sabitliyidir.

Koronaviruslar ilk dəfə 1960-cı illərin ortalarında aşkar edilmişdir. Virusa yoluxma adi soyuqdəymədən MERS (Orta Şərq tənəffüs sindromu) və SARS (ağır kəskin respirator sindrom) kimi potensial ölümcül xəstəliklərə qədər müxtəlif simptomlara səbəb olur.

Yeni növ koronavirus isə ilk dəfə özünü 2019-cu ilin sonlarında, Çinin Uhan əyalətində yayılmağa başladı. Yoluxmanın əsas yolu damcı infeksiyasıdır.