Koronavirus qlobal oyundurmu? - İDDİA

  • 2020.02.26 14:29
  • 4782 Baxış
Koronavirus qlobal oyundurmu? -   İDDİA
Türkiyədə professor Dr.Ramazan Kurtoğlu bütün dünyanı bürüyən koronavirusla bağlı şok iddialar irəli sürüb.

Medicina.az xəbər verir ki, bu barədə o, “CNN Türk” telekanalında danışıb.

Professor koronavirusun insanları təşvişə salmaq üçün qlobal oyun olduğunu deyib:

“Dünyada yeni quruluş yaradılır. Bu bir oyundur. ABŞ-da iki universitetdə bu oyun üzərində illər öncə araşdırma başlayıb. Bu oyunda hansısa ölkəyə virus yayırlar. Bununla bağlı əlimdə sənədlər, hesabat var”.

Kurtoğlu onu da qeyd edib ki, immunitet güclü olduqda bu xəstəliyin öhdəsindən gəlmək mümkündür.(oxu.az)