"Koronavirusa qarşı kollektiv immunitet tezliklə hazır olmayacaq" - ÜST

  • 2020.07.29 23:35
  • 2191 Baxış
"Koronavirusa qarşı kollektiv immunitet tezliklə hazır olmayacaq" -  ÜST
Bəşəriyyət hələ yeni koronavirusun səbəb olduğu xəstəliyə qarşı kollektiv immuniteti tezliklə hazırlaya bilməyəcək.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

Rayanın sözlərinə görə, hazırda ÜST Yer kürəsi sakinlərinin nə qədər hissəsinin COVID-19-a yoluxduğunu bilmir ki, kollektiv immunitetin mövcudluğu haqqında danışmaq mümkün olsun. "Alimlərin əksəriyyəti hesab edirlər ki, bu, hardasa 60-80% arasındadır. Başqaları güman edirlər ki, bu hissə daha az ola bilər", - o deyib. "Bu pay hansılarda nə qədər idi, biz ona yaxın deyilik", - mütəxəssis əlavə edib.

"Bu o deməkdir ki, biz ona (immunitet səviyyəsinə) nail olana qədər virus hələ çox bizim cəmiyyətimizi yandıracaq", - o vurğulayıb.