Koronavirusa qarşı qoruyan ən təsirli qidalanma PROQRAMI

  • 2021.03.11 16:35
  • 1888 Baxış
Koronavirusa qarşı qoruyan ən təsirli qidalanma  PROQRAMI
Koronavirusla keçən bir ildə bir çox insan artıq çəki alıb.


Medicina.az xəbər verir ki, türkiyəli dietoloq Selahattin Dönmez koronavirusa qarşı qoruyan ən təsirli qidalanmadan danışıb:

“Pandemiyada ən önəmli məsələ evdə tez-tez yemək yeyib yağlanmaq yerinə əzələləri qoruyaraq arıqlamaqdır. Bunun üçün gündə kilo başına 1 qram protein tərkibli qidaları hesablayıb yemək lazımdır.

1 ədəd yumurta 6 qram, 4 küftə qədər qırmızı ət 20 qram, 1 kiçik toyuq sinəsi 21 qram, 150 qram somon 30 qram, 150 qram balıq 35 qram, 1 su stəkanı tam yağlı süd 8 qram, 1 kasa tam yağlı qatıq 8 qram, 1 su stəkanı kefir 8 qram, 1 su stəkanı ayran 6 qram, 2 dilim ağ pendir 12 qramdır.

1 kasa quru paxlalılar 12 qram, 1 ovuc içi quru yemiş 4-6 qram, 1 qab ətsiz tərəvəzlər 2-3 qram, 1 orta boy meyvələr 1 qram protein tərkiblidir.

Yemək mütləq 3 əsas və 3 ara olmalı, günorta karbohidrat tərkibli qidaların miqdarı azaldılmalı, yemək və salatlara əlavə edilən sağlam yağ miqdarı nəzarətdə saxlanılmalıdır.

Qidalanmanızda immunitet rolu oynayan A, C, E vitaminləri və sink, hüceyrə immuniteti üçün A, B6, B12, C, D, E, folik asit vitaminləri, dəmir, sink, mis və selenyum mineralları, antitellər üçün isə A, B6, B12, D, E və folik asit vitaminləri, sink, mis və selenyum mineralları ilə zəngin qidalar seçərək immunitetinizi güclü saxlaya bilərsiniz.

Bundan başqa süd və süd məhsulları, ət - yumurta - quru paxlalılar, təzə tərəvəzlər, meyvələr, taxıllılar gün ərzində qidalarınız arasında olsun.

İmmunitet sistemini düzənləyən bəslənmə proqramı:

Oyanınca: 1 su stəkan otaq temperaturundakı suya biraz propolis

Səhər yeməyi: 1 ədəd qaynadılmış yumurta 1 dilim yağlı pendir 1 dilim buğda çörəyi bol pomidor, bibər, göyərti, xiyar. Bu tərəvəzlərin üzərinə 1 yemək qaşığı zeytun yağı əlavə edirsiniz.

Günorta: 4 yemək qaşığı yaşıl mərci yeməyi ya da istənilən quru paxlalıların yanında qatıq və immunitet salatı və ya 4 yemək qaşığı tərəvəz yeməyi yanına 3 yemək qaşığı qatıq və immunitet salatı

İmmunitet salatı: Pomidor, rəndələnmiş kök, göyərti, yaşıl bibər, qırmızı bibər, quru soğan, sarımsaq, 2 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı qaynadılmış bulqur ya da buğda və bol limon sıxaraq hazırlayın. Bunu salatın ölçüsü yoxdur. İstədiyiniz ölçüdə hazırlaya bilərsiniz.

Ara: 1 su stəkanı süd, ayran, kefir və ya 20 ədəd fındıq və ya 20 ədəd badam
Axşam: Hər kəs öz ovucu qədər seçdiyi ət yanına immunitet salatı
Ara: 1 alma, yarım banan, 1 ədəd portağal, 1 ədəd kivi və ya yarım qreyfurt
Yatarkən 1 su stəkanı ilıq suya saf propolis