Koronavirusa yoluxan AMEA əməkdaşı süni tənəffüs aparatına qoşuldu

  • 15 Noy 2021 14:16
  • 544 Baxış
Koronavirusa yoluxan AMEA əməkdaşı  süni tənəffüs aparatına qoşuldu
Koronavirusa yoluxduğuna görə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfi problemlər şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Zeynəddin Şabanovun son durumu açıqlanıb.

Klinikadan bildirib ki, alimin vəziyyəti ağırdır.

"Zeynəddin Şabanovun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya aşkarlanıb, hazırda süni tənəffüs aparatı dəstəyindədir. Nəbzi 76, saturasiyası 98 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil", - xəstəxanadan bildirilib.

Koronavirusa yoluxan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfi problemlər şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Zeynəddin Şabanovun vəziyyəti ağırlaşıb.

Bildirilib ki, 12 gün evdə müalicə alan Z.Şabanov səhhəti pisləşdiyi üçün dünən xəstəxanaya yerləşdirilib. Hazırda o, Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasının Reanimasiya şöbəsindədir. /aztibb.az/