Koronavirusa yoluxanların sayı 10 faiz artıb - Avropanın statistikası

  • 2023.10.28 13:45
  • 1012 Baxış
Koronavirusa yoluxanların sayı 10 faiz artıb -  Avropanın statistikası
Sentyabrın 25-dən oktyabrın 22-nə olan müddətdə dünyada 502 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 4,7 mindən artıq ölüm halı qeydə alınıb.

Medicina.az Ümumdünya Səhiyyə Təşkilatının informasiya bülleteninə istinadən xəbər verir ki, ümumilikdə, ötən dörd həftə ilə müqayisədə yoluxmaların sayı 42 faiz, ölüm halları isə 43 faiz azalıb. Bununla yanaşı, Cənub-Şərqi Asiyada xəstəliyə yoluxanların sayı 14 faiz, Avropada isə 10 faiz artıb.


Son dörd həftə ərzində dünyada koronavirusa 502 234 yoluxma və 4 739 ölüm halları qeydə alınıb. Cənub-Şərqi Asiya ölkələrində COVID-19-a yeni yoluxmalar 14 faiz, ölüm halları isə təxminən 11 faiz artıb. Avropada xəstəliyə yoluxanların sayı 10 faiz artsa da, ölüm halları 45 faiz azalıb.

Son dörd həftə ərzində ən çox xəstəlik halları İtaliyada (141 255) qeydə alınıb. Onun ardından Rusiya (83 765), Sinqapur (61 230) Böyük Britaniya (53 280) və Rumıniya (39 585) gəlir. Ən çox ölüm halları isə Hindistanda (1260) qeydə alınıb. Sonrakı yerlərdə İtaliya (560), Rusiya (172), İsveç (138) və Avstraliya (120) qərarlaşıb.