Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi

  • 2020.05.31 20:35
  • 4677 Baxış
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 206 min 37 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, virusdan ölənlərin sayı 371 min 916 nəfərdir. İndiyədək 2 milyon 766 min 672 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.