Koronavirusa yoluxanların sayı artır - 37 milyonu keçdi

  • 2020.10.12 09:18
  • 1448 Baxış
Koronavirusa yoluxanların sayı artır   - 37 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 37 109 851 nəfər təşkil edir.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, pandemiyanın ilk günündən bu günə kimi dünyada COVID-19-dan 1 070 355 pasiyent ölüb.

ÜST bildirib ki, ötən gün dünyada koronavirusa 347 526 yoluxma aşkarlanıb. Bir gün əvvəl bu göstərici 383 359 təşkil edib və pandemiyanın başlanğıcından rekord rəqəm sayılır.