Koronavirusa yoluxduqda içki qəbul etməyin

  • 25 Noy 2021 17:38
  • 191 Baxış
Koronavirusa yoluxduqda içki qəbul etməyin

Həkim və teleaparıcı Aleksandr Myasnikov hesab edir ki, soyuqdəymə, qrip və kovid zamanı spirtli içki qəbul etmək olmaz.

Medicina.az xəbər verir ki, həkim bu barədə “Rossiya 1” telekanalının efirində bildirib. Eyni zamanda Myasnikov soyuqdəymə və ya qrip zamanı sink və maqneziumla zəngin toyuq suyu içməyi məsləhət görüb. Həkim zoğal suyu və ya ballı çay kimi isti içkilərin də istehlak edilə biləcəyini əlavə edib. Myasnikov vurğulayıb ki, C vitamini həddən artıq qəbul edilməməlidir, çünki məşhur inancın əksinə olaraq, bu, sağalmanı sürətləndirmir

A.Myasnikov bundan əvvəl koronavirusun yüngül forması üçün bəzi dərmanların qəbulunun ölümcül təhlükəsi barədə xəbərdarlıq etmişdi. Həkimin sözlərinə görə, əksər hallarda COVID-19-a yoluxmuş xəstələrə qan durulaşdıran dərmanlar təyin edilir. Myasnikov bildirib ki, bu dərmanlar yalnız koronavirusun ağır halları üçün lazımdır. Əgər xəstəlik insanda yüngül formada baş verirsə, o zaman bu dərmanlar ölümcül ola bilər.