Koronavirusa yoluxmaqdan 100% qoruyan 2 amil AÇIQLANDI

  • 24 Sen 2021 16:56
  • 4970 Baxış
Koronavirusa yoluxmaqdan 100% qoruyan 2 amil  AÇIQLANDI
Koronavirusa yoluxmadan 100% zəmanətli qorunma üsulu açıqlanıb.

Medicina.az xəbər verir ki, britaniyalı infeksionistlərin elmi tədqiqatlarının nəticəsi The Telegraph nəşrində çap olunub.

Alimlər bildirib ki, virusa yoluxmaqdan 100% qoruyan yalnız 2 amil ola bilər:

1- İnsan artıq bir və ya iki dəfə təbii olaraq xəstəliyə yoluxub və sağalıb
2- İnsan Pfizer və ya Moderna peyvəndindən 2 doza alıb.

Yalnız bu vaksinlər 97% qoruyuculuğa malikdir və daha güclü antitellər yaradır.
Alimlər bu immuniteti hibrid adlandırır.

Məşhur infeksionist Nikolay Malışev bildirib ki, britaniya alimlərinin bu elmi işi 100%lik zəmanət deyil və tam əminlik yaratmır. İstənilən tədqiqat bir neçə dəfə və daha çox sayda insan üzərində təkrar yoxlanmalıdır.

Peyvəndlə 90% zəmanət o halda ola bilər ki, buster doza, yəni insan 2 doza vaksin olandan bir müddət sonra üçüncü dozanı da vurdurub.