Dekabr ayında koronavirus keçirən Kaliforniya sakini COVID-19 vaksinasiyasından bir neçə saat sonra vəfat edib.
Medicina.az xəbər verir ki, kişinin “Moderna”, yoxsa “Pfizer” vaksini vurdurduğu da hələ dəqiqləşdirilməyib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) iddia edir ki Birləşmiş ştatlarda təsdiqlənən və tətbiqinə başlanan hər iki preparat yorğunluq, baş ağrısı, titrəmə və qızdırma kimi bəzi yan təsirlərə malikdir.
“Lakin bu orqanizminizin müdafiə yaratdığını göstərən və bir neçə günə keçəcək normal əlamətləridir”, - deyə qurumdan bildirilib.