Koronavirusla bağlı həkim məsləhətləri – Hərbi həkimlə MÜSAHİBƏ

  • 2020.07.19 19:17
  • 43895 Baxış
 Koronavirusla bağlı həkim məsləhətləri   – Hərbi həkimlə MÜSAHİBƏ

22 illik təcrübəsi olan, hərbi həkim nevroloq, terapevt Mirzə Qaraşov hələ 10 il öncə Gəncəbasar zonasında hərbi hospitalda çalışdığı dövrdə hərbçiləri pnevmoniyanın ağır formalarından xilas edərkən, standart tibbi dərman müalicələri ilə yanaşı, alternativ metodlardan da istifadə edib.


Onun koronaviruslu xəstələrin müalicəsində, xüsusən həkimlərimizin xilas edilməsi üçün təklif etdiyi metodlar və məsləhətləri diqqətimizi cəlb etdi.


Medicina.az həkimdən koronavirus barədə fikirlərini və alternativ metodlardan hansıların uğurlu ola biləcəyi barədə açıqlama alıb.


O, hesab edir ki, həkimlər təkcə antibiotik, antivirus preparatlarına ümid bəsləməyib, bu müalicələri də yanaşı olaraq tətbiq etsələr çox xəstələri xilas edə bilərlər.


- Həkim, sosial şəbəkədə dəfələrlə ağır vəziyyətdə olan xəstələrin, xüsusən həkimlərimizin koronavirusdan müalicəsi ilə təkliflərinizi qeyd etmisiz. Təəssüf ki, həkimlər belə səsinizi eşitmir və artıq Azərbaycanda bu virusun qurbanı olan insanların sayı artır.

- Bəli, əgər səsimi eşitsələr, kolleqalarımızı xilas edə, eləcə də koronviruslu xəstələrin müalicəsini asanlaşdıra bilərik. Artıq bütün dünya həkimləri müalicə protokollarında olan bir çox antiviral dərmanların, antibiotiklərin effektsiz, təsirsiz olmasını qeyd edir və bir çox dərmanlar müalicə sxemlərindən çıxarılır. Bəzi dərmanlarla müalicə isə vaxt itkisindən başqa bir şey vermir.

Mən qeyd etdiyim kimi, uzun illər hərbi həkim olmuşam. Hələ o dövrlərdə və indiki təcrübəmdə ən ağır infeksion və bakterial xəstəliklərdə lazer terapiyası, Denas terapiya və homotoksikoloji preparatlardan istifadə edib, çox faydasını görmüşük. Bu metodların sayəsində ağır antibiotik, ağrıkəsici, hormonal dərmanların daha az istifadəsinə nail olub, orqanizmi əlavə yüklənmədən və dərmanların digər fəsadlarından qorumuşuq. Niyə indi koronavirula mübarizədə bu taktikanı seçməyək?

- Nədir homotoksikologiya, niyə həkimlər onu qəbul etmir? Üstünlüyü nədədir?

- Homotoksikologiya, əslində klassik təbabətlə akademik təbabətin qovuşduğu bir nöqtədir. Ancaq klassik homeopatiyaya daha yaxındır. Belə ki, klassik homeopat bir dərman, bir doza təyin edir. Bu çox çətindir. Bunu hər homeopat da edə bilmir. Klassik homeopat dərmanı fərdlərə görə yazır. Heç vaxt kütləvi təyinat vermir. Bu da kütləvi infeksiyalar, epidemiyalar zamanı özünü doğrutmur.

Homotoksikologiyada isə birbaşa xəstəliyə görə təyinat vermək olur. Təyinatı asanddır. İlkin homeopatilk pisləşmə demək olar ki, müşahidə olunmur. Mən bu gün klassik təbabəti və akademik təbabəti ayırmaq yox, birlikdə tətbiq etmək haqqında danışıram. Əlbəttə ki, yüksək texnologiyalar akademik təbabətin nailiyyətidir. Amma orqanizmə zərər verməməyə gələndə homotoksikologiya ilə müqayisə etmək olmaz.
Homotoksikolji preparatlar kritik təsir etmir, yumşaq təsir edir, lakin effekt ala biliriksə, daha uzun müddətə alırıq. Məsələn, homotoksikolji preparat istifadəsindən sonra ağrı kəsibsə, bu daha uzun müddətlidir. Ağrının geri qayıtmayacağına ümid çox olur.

  • Koronavirusun müalicəsində təkliflərim budur.

- Koronavirus infeksiyasında homotoksikologiya necə təsir edə bilər? Niyə bu virusun müalicəsi bu qədər çətindir?


- Koronavirus infeksiyası çox sürətlə yayılan infeksiyadır. Xəstələrin böyük əksəriyyəti bu xəstəliyi yüngül və orta ağır keçirir. Lakin çoxsaylı xəstələrin içərisindən kifayət qədər orta ağır və ağır xəstələr yığışır ki, bunlar da ölkə səhiyyəsində bütövlükdə böyük problemlər yaradır.

Bu infeksiyanın gedişində mənim fərqli yanaşmam budur: İnfeksiya nə qədər ağır gedirsə, zədələnən orqanlar da o qədər çox olur. Ağciyərlər də zədələnən orqanlardan biridir. Zədələnmə daha çox kapilyar damar torunda baş verir. Buna görə də ocağın ölçüsündən asılı olmayaraq, hava çatmadığı hissiyatı daha çox önə çıxır. Rentgen müayinədə bu ilk zamanlar ocaq şəklində yox, diffuz şəkil güclənməsi şəklində görünür.

Əslində, diffuz olaraq ağciyərlərin bütün sahəsində nöqtəvari qansızmalar olur Bu qansızmalar böyüdükcə rentgenoloji ocaqlar da yaranır.


Belə dəyişikliklər bütün orqanlarda baş verir. Ona görə də seçici olaraq bu xəstəliklə məhz və yalnız pulmonoloqların məşgul olması fikrindən uzağam.

Koronavirusun müalicəsində təkliflərim budur.

1.Yoluxmanın qarşısını almaq üçün, fərdi immuniteti (qeyri spesifik immuniteti )gücləndirmək - bunun üçün HELL Preparatları ilə profilaktika sxemi təyin edilməli.

2.Lazerlə biostimuləedici seansları etmək olar.

3. Dərman Müalicə sxeminə əlavə edilsin: TRAUMEEL. Apis Homaccord. Lymphomyosot. China homaccord. Carbo vegetablis inyell. Hepeel. Bu dərmanlar əlinizin altında olmalıdır. Sizi tənəffüs çatışmazlığından vaxtında xilas edə bilər.

4. Antiviral preparatların xəstəliyin kəskin dövründə ləğvi məsələsinə baxılsın .Bu preparatların çoxunun effekti sübut olunmadı. Onların kifayət qədər toksiki təsirini nəzərə alaraq bu preparatların ləğvi məsələsinə baxılsın

5.Lazer terapiyasından invaziv və qeyri invaziv metodlarla tətbiqi.

.Hansısa həkimin sırf HELL preparatları ilə müalicəsinə gəldikdə isə bunu yüngül xəstələrdə etmək olar. Mütləq dinamik müşahidə şərti ilə. Orta ağır və ağır xəstələrdə isə kombinə olunmuş müalicə lazımdır. Yəni lazım gəldikdə oksigen dəstəyi və ya suni tənəffüs aparatına qoşulmasını heç nə əvəz etmir. Amma HELL preparatları vaxtında istifadə olunsa, müalicə çox sürətlə və keyfiyyətli olar. Sağalanların sayı, özü də onların əvvəlki işlərinə qayıtması sürətlənər.

HEELin bir üstünlüyü də var: yüngül xəstələrdə tibbi personala ehtiyac olmur. Ən ağır xəstələrin də çıxılmaz vəziyyətdə özlərinin özünə yardım imkanları olur: Xəstələr nə qədər birinci etapda qarşılansa, ağır xəstələrin sayı o qədər az olar. Ağır xəstələrin sayı az olsa, reanimatoloq larımız da o qədər çox qorunar




- Bu çətin günlərdə sizə koronavirusa yoluxan həm əvvəlki pasiyentləriniz, həm sizi tanıyanlar, həm də yeni xəstələr müraciət edib. Bu metodlarla koronaviruslu xəstələrdə aldığınız nəticələr necədir?

- Mənim Covid təsdiqlənmiş xəstə və ya Covid əlamətləri ilə 10 -a qədər xəstəm olub ki, bilavasitə müalicəsi ilə məşğul olmuşam Amma mənə profilaktika üçün müraciət edənlər daha çox olur. Müalicə müddəti müxtəlifdir. Adətən 7 - 10 gün ərzində yaxşılaşma olur.

Pnevmoniya ilə fəsadlaşmış formalar bir qədər uzun çəkə bilir. Mənə adətən xəstəxanaya yerləşə bilməyən xəstələr müraciət edirlər. Bunlardan ikisi sonradan stasionara yerləşə biliblər. Hələ siyahıya sahə həkiminin təyinatı və homeopatilk əlavələrlə müalicə alanları əlavə etmirəm Tələbə yoldaşlarımdan və digər kolleqalardan homeopatilk yardım üçün müraciət edənlər olub. Onlar da öz təcrübələrində bu preparatlardan istifadə edirlər.

Əminliklə deyirəm ki, hemeopatik preparatlarla yanaşı və ya təkcə bu müalicəni alan xəstələrdə yüksək effektiv müalicə əldə etmişik. Həkimlərimizi bir daha bu təkliflərə diqqət etməyə çağırıram. Çünki yüksək doza, müxtəlif antibiotik və antiviral dərmanlarla yüklənən xəstələr əgər virusdan 15 günə sağalsa da, bu dərmanların yanaşı təsiri və zərərini hələ uzun müddət yaşayıb, əziyyət çəkirlər.

Xüsusən 37,5- qədər temperaturu olan əstələrə dərhal antibiotiklərin təyinatı bu xəstələrin immun sistem və orqanizmini çökdürür. Daha yumşaq yanaşmaq mümkündür. Lazım gələrsə, birbaşa bu xəstələrin müalicəsində yardım edə bilərəm.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

AYGÜN M.