Koronavirusdan öz-özünü sağaldan qadın danışdı – “Mən nə etdim?"

  • 13 Mrt 2020 19:58
  • 143021 Baxış
Koronavirusdan öz-özünü sağaldan qadın danışdı  – “Mən nə etdim?"
37 yaşlı biomühəndis Yelizabet Şnayder ABŞ-ın Sietla şəhərinin sakinidir. O, koronavirus diaqnozu qoyulan kimi, panikaya düşməyərək, özü-özünü müalicə etmək barədə düşünür. Xəstə olsa da, evdə qalmaq qərarı verir.


Medicina.az xəbər verir ki, Şnayder ilk dəfə qripə bənzər simptomları özündə 25 fevralda hiss etdi. Ondan əvvəl o, bir tədbirə dəvətli idi. Sonradan məlum oldu ki, o gecədən sonra 6 nəfər yoluxub.

İlk əlamətlər:

“Səhər halsız oyandım, əzələ, sümüklərim ağrıyırdı, yorğun kimi idim. Buna baxmayaraq, işə getdim. Lakin günorta başımda ağrılar başladı və bütün bədənim ağrımağa, titrətməyə başladı. Dərhal ofisi tərk etdim ki, çox insanla ünsiyyətdə olmayım”.

Evə gələn qadın hərarətini ölçəndə 39,4 idi.

“ Özümdən asılı olmayaraq çox möhkəm əsməyə, titrəməyə başladım. Bütün ayaqlarıma sanki iynə batırırdılar. Mən hətta ağır qrip olanda belə olmurdum”.

Yelizabet evdə olan, reseptsiz satılan hərarətsalıcı və qripə qarşı dərmanları içməyə başladı və rəfiqəsini çağıraraq ona xəbər verdi.

“Ona dedim ki, hər 2-3 saatdan bir zəng et. Əgər cavab verməsəm, təcili yardımı çağır”.

Şnayder evə qapanaraq, dərman içir, koronavirus barədə xəbərləri izləyirdi. Artıq onun yaşadığı ştatda xeyli xəstə aşkarlanmışdı. Amma qadın koronavirusun əsas ağır əlaməti olan öskürək, təngnəfəslik və ağciyərlərdə problem yaşamadığı üçün koronavirus olmadığına əmin idi.

Həmin ərəfədə evlərə xüsusi proqram çərçivəsində burundan yaxma analizi üçün vasitələr göndərirdilər. İnsanlar özləri həmin tibbi vasitə ilə burundan yaxma götürüb təhvil verir və analizin cavablarını gözləyirdi.

“Bu tədqiqat proqramında iştirak etdim. 3 gün sonra koordinator mənə zəng edərək, sizdə koronavirus analizi müsbət çıxdı, virusa yoluxmusuz dedi.

Həmin günə kimi artıq simptomlar azalmışdı, özümü pis hiss etmirdim. Yerli icra orqanları daha 7 gün evdə qalmağımı tövsiyə etdilər.

Əgər sizin simptomlarınız dözüləcək dərəcədədirsə, panikaya düşməyin, evdə qalın, sadə qızdırma və qrip dərmanlarından nə varsa, qəbul edin, çoxlu su için, lazım gəlsə hətta çimin. Dincəlin, yatın, sevimli filmlərinizə baxın. Çoxdan etməli olduğunuz işləri görün. Mən 1 həftə kitab oxudum, seriala baxdım”.

Xəstəliyin ilk simptomları görüləndən sonrakı 17 gün ərzində Şnayder virusdan sağaldı. O, digər xəstələrə ümid olsun deyə, koronavirusla mübarizə hekayəsini paylaşır.