Koronavirusdan sağalan həkim danışdı: - “Toyuq bulyonu içirdim”

  • 2020.04.08 20:06
  • 3320 Baxış
Koronavirusdan sağalan həkim danışdı:   - “Toyuq bulyonu içirdim”

Rusiyalı həkim dietoloq Yevgeniya Kobilyaskaya koronavirusa yoluxaraq sağalanlardandır. O, öz telegram kanalında necə mübarizə aparması barədə danışıb. Belə ki, o, dədə-baba metodlarından çox istifadə edib.

Medicina.az xəbər verir ki, həkim immun sisteminə necə dəstək olduğunu açıqlayıb:


“Yatağa uzanıb, evdə nə yun materialdan geyim varsa geyinin, ayaqlarınıza yun corab, belinizə, boğazınıza şal. Yorğana bürünün. Xahiş edin ki, sizə tez-tez limonlu çay və yaxşı bir toyuq bulyonu versinlər. Bunları içsəz, immununuz toparlanacaq”.

Kobilyaskaya xəstəliyin gedişatından da yazıb:


“Əvvəl qoxu və dadbilməni itirdim, yeməkdən çəkindim. Sonra hərarətim qalxdı. İştahım olmadığından heç nə yemirdim, 3 kq arıqladım”.