Koronavirusdan xərçəngin müalicəsində istifadə edilə bilər – Bioloq alim

  • 2022.02.24 18:51
  • 1700 Baxış
Koronavirusdan xərçəngin müalicəsində istifadə edilə bilər  – Bioloq alim


Alimlər virusların köməyilə xərçəngin müalicəsi üzrə yeni texnologiya hazırlayırlar.

Gələcəkdə hətta koronavirusların köməyilə onkologiyanı ram etmək mümkün ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə molekulyar bioloq alim, virusoloq Sergey Netesov danışıb.


“Xərçənglə mübarizədə artıq illərdir radioloji və kimyəvi metodlar istifadə olunur. Onlar həmişə 100% effektiv olmur. Yeni nələrsə lazımdır. 25 ildir ki, müxtəlif virusların şiş hüceyrələrinə təsiri öyrənilir və buna maraq artır. Nəzəri olaraq, gələcəkdə bu məqsədlə koronavirus da istifadə oluna bilər.


Məsələ bundadır ki, xərçəngə qarşı patogen olmayan viruslar istifadə edilə bilər. Belə bir koronavirus modeli almaq üçün gen mühəndisləri hələ çox çalışmalıdır.

İstənilən təbiət vasitələrini bəşəriyyətin xeyrinə istifadə etmək olar, o cümlədən koronavirus.


Virusun şişi məhv etməsi üçün o virus çox yaxşı çoxalmalıdır. Bunu da koronavirus timsalında gördük. Bizə məhz şiş hüceyrələrinin içinə girməyi bacaran ayrı reseptorlu koronavirus variantı lazımdır”.