Koronavirusla bağlı cavabı hələ də verilməyən 9 mühüm sual - ARAŞDIRMA

  • 2020.04.01 16:50
  • 2366 Baxış
Koronavirusla bağlı cavabı hələ də verilməyən 9 mühüm sual  - ARAŞDIRMA

Bütün dünyada elm adamlarının virusla mübarizəsinə rəğmən hələ də qaranlıq qalan məsələlər var.

Medicina.az xəbər verir ki, "MediaPost" virusla bağlı sual doğuran məqamları təqdim edir:

- Neçə nəfər yoluxub?

Bu ən bəsit, lakin ən kritik suallardan biridir. Dünya üzərində koronavirus daşıyıcısı olan insanların sayı yarım milyonu keçsə də, bu, real sayın kiçik bir hissəsini göstərir. Çünki virusu daşıyan, lakin asemptomik insanların sayı hələ də bilinmir. Antikor testinin inkişaf etdirilməsindən sonra kimlərin virus daşıyıcısı olduğu düzgün müəyyənləşəcək.

- Əslində, nə qədər ölümcüldür?

Dünya üzrə virusa yoluxma faktının nə qədər olduğunu bilmədən ölüm faizini də düzgün demək mümkün deyil. Hazırkı araşdırmalara görə, virusa yoluxanların yüzdə biri həyatını itirib. Lakin asemptomik insanların sayının çox olması ölüm faizini də aşağı salır.

- Simptomları nələrdir?

Virusun əsas əlamətləri quru öskürək və qızdırmadır. Əsas olaraq, bu iki şikayətin olub-olmadığı yoxlanılır. Bununla yanaşı, bəzi xəstələrdə boğaz və baş ağrısı ilə bərabər ishal da görülür. Hətta bəzi şəxslərin iy və dadbilmə qabiliyyətlərini itirdikləri də müəyyən olunub. Lakin burun axıntısı və asqırağın COVID-19 virusunun simptomu olub-olmadığı hələ də tam olaraq dəqiləşməyib. Özündə bu əlaməti hiss edən insanlar qrip olduğunu düşünərək qabaqlayıcı tədbirlər görmür və virusun yayılmasında önəmli rol oynayırlar.


- Virusun yayılmasında uşaqların rolu nədir?

Uşaqların da virusa yoluxa biləcəyi artıq təsdiqini tapmış bir gerçəklikdir. Ancaq uşaqların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir. Digər yaş qrupları ilə müqayisədə ən aşağı ölüm səviyyəsi uşaqlardadır. Lakin hələ də onların bu xəstəlikdə yoluxduruculuq qabiliyyətinin nə qədər olması müəyyənləşməyib.

- Virusun mənbəyi nədir?

Virus 2019-cu ilin sonlarında Çinin Uhan bölgəsində meydana gəldi. İlk yoluxma faktının bir heyvan bazarında işləyən şəxsdə olduğu müəyyənləşdi.

Rəsmi olaraq Sars-CoV-2 olaraq adlandırılan yeni növ koronavirus yarasalarda görülən virusa bənzəyir. Ancaq virusun yarasadan hələ məlum olmayan bir və ya daha çox heyvan növünə ötürüldüyü oradan da insana keçdiyi düşünülür. Lakin bu yayılma zəncirindəki əskik parça hələ də tamamlanmayıb və bu zəncir irəlidə başqa virusun yayılmasında da rol oynaya bilər.


- Yaz-yay aylarında virus təsirini itirəcək?

Qrip və soyuqdəymə qış aylarında isti havlarla müqayisədə daha çox görülür. Lakin havaların isinməsinin koronavirusun yayılma surətinə təsir edib-etməyəcəyi hələ də bilinmir.

İngiltərəli alimlər virusun yayılmasında mövsümləin təsirinin olub-olmadığının hələ də dəqiqləşmədiyini bildirir. Yaz aylarında koronavirus epidemiyasında bir yavaşlama olsa da, qışın gəlməsi ilə birlikdə yenidən artım olacağı gözlənilir.


- Niyə bəzi adamlar xəstəliyi daha ağır keçirir?

Virusa yoluxanların böyük əksəriyyəti COVID-19-u yüngül keçirir. Yoluxanların yüzdə 20-də virus özünü daha ağır göstərir. Bunun səbəbi hələ də tam olaraq müəyyənləşməyib.

Ancaq insanların immunitet sistemi və genetik kodlarının bu məsələdə müəyyən rola malik olduğu bildirilir.

- İnsalarda bu virusa qarşı immunitet yaranırmı?

Normalda virus qapıb hər hans bir xəstəliyə yoluxan insanlarda immunitet yaranır. Lakin COVID-19-un meydana çıxmasından bu yana onun insanın immunitet sistemində hansı dəyişikliklər yaratdığı hələ də müəyyənləşməyib. Mətbuatda sağalan xəstələr arasında ikinci dəfə virusa yoluxma faktı qeydə alınıb.Koronavirüs pandemisi üç yolla bitebilir'

- Virus mutasiyaya uğrayır?

Viruslar hər zaman mutasiyaya uğrayar. Ümumi fikir ondan ibarətdir ki, viruslar uzun müddət ərzində daha az ölümcül hala gəlir. Ancaq bu da dəqiq deyil. Lakin mütəxəssislər qorxur ki, virusa qarşı bədəndə immunitet yaranmasın və yenidən virusa yoluxma genişlənsin.