Koronavirusla mübarizə cəbhəsində - Azərbaycan həkimləri - FOTOLAR

  • 2020.04.12 13:36
  • 7964 Baxış
Koronavirusla mübarizə cəbhəsində  - Azərbaycan həkimləri - FOTOLAR

Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil.

12 saat fasiləsiz xüsusi geyimdə və maskada çalışan həkim və tibb personalı maskaları çıxaran kimi simalarından hər şeyi oxumaq olur.

Fotoqraf Əziz Kərimov Azərbaycanda koronavirusla mübarizə aparan həkimləri və onlara bu işdə yardım edən tibbi personalı lentə alıb.

Həkimlərin əksəriyyəti Tədris Tepapevtik və Cərrahiyyə xəstəxanasının həkimləridir.



Həkim, Məmməd Məmmədov (ATU Tədris Terapevtik Klinikası)





Tibb qardaşı Fərid Məmmədov



Həkim Rüfət Qurbanov



Tibb qardaşı Muxtar Museyibov



Nicat Səttarov



Tibb bacısı Aygül Əliyeva



Namaz İbrahimov



Növbəyə gedərkən