Koronavirusu 15 dəqiqəyə aşkarlayan test icad olundu

  • 2020.03.02 18:12
  • 12889 Baxış
Koronavirusu 15 dəqiqəyə aşkarlayan test icad olundu

Yaponiyada RİKEN adlı dövlət elmi-tədqiqat institutu COVID-19 virusunu cəmi 10-30 dəq. müddətində aşkarlayan yeni texnologiya icad etdiklərini elan ediblər.

KANAQAVA prefekturasının qubernatoru Kuroiva Yudzi bildirib ki, bundan sonra yeni test və texnologiyaların dəstəyi üçün dövlət təminatını artıracaqlar.

Hazırda polimeraz zəncirvari reaksiya ilə təyin edilən koronavirus analizinə 2-3 saat vaxt lazım olur.
Yeni test isə dəqiq nəticəni cəmi 10-15 dəqiqəyə almaq imkanı verir.

Yeni metod koronavurusa şübhəli xəstələrdən alınmış qan analizlərində sınanıb və indi tətbiq olunan analiz metodu ilə eyni cavabı verib. Ona görə də bu testin kütləvi tətbiqinə başlamaq olar.