“Koronavirusu Amerika və çinlilər istehsal edib" - Vaksinoloq alim

  • 2020.06.10 15:13
  • 2259 Baxış
 “Koronavirusu Amerika  və çinlilər istehsal edib"  - Vaksinoloq alim

Koronavirusun genetikası onun təbii mənşəli olmadığını, Çin və ABŞ alimləri tərəfindən hazırlandığını göstərir.

Medicina.az xəbər verir ki, norveçli vaksinoloq Birger Sörensen açıqlama verib.


“Quarterly Review of Biophysics” nəşrində dərc olunan yeni araşdırmada B.Sörensen sübut etməyə çalışır ki, koronavirusun quruluşundakı tikanabənzər zülalların ardıcıllığı onların süni yolla virusa yerləşdirildiyini deməyə əsas verir.

Həmçinin, alim virusun insanlar arasında yayılmağa başlamasından bəri mutasiyaya uğramadığını iddia edir. Bu isə COVID-19-un əvvəlcədən insanlara uyğunlaşdırıldığını deməyə əsas verir.

B.Sörensen iddia edir ki, bu, viruslar üçün qeyri-adi haldır.


“Biz virusu texniki olaraq təsvir etsək, təbii ki, bunun təbii inkişafın nəticəsi olmadığını görərik. Onu amerikalılar və çinlilər “funksiya əldə olunmaqla yaranan mutasiya” adlandırdıqları araşdırma çərçivəsində istehsal ediblər.

Bu cür tədqiqatlar bütün dünyada aparılır. Heç kim bu barədə danışmır, lakin qabaqcıl laboratoriyalarda həmin işlər daim inkişaf etdirilir”, - deyə B.Sörensen bildirib.

Böyük Britaniyanın kəşfiyyat idarəsinin 1999-2004-cü illərdə rəhbəri olmuş Riçard Dirlav “Telegraph” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, bəzi alimlərin araşdırmaları pandemiyanın laboratoriyada meydana gələ biləcəyini sübut edir:

“Düşünürəm ki, hər şey bədbəxt hadisə nəticəsində başladı. Sual yaranır, Çin buna görə məsuliyyəti öz üzərinə götürərək təzminat ödəyəcəkmi? Hesab edirəm ki, bütün ölkələr Çinə və onun rəhbərliyinə münasibətlərini yenidən nəzərdən keçirməli olacaqlar”.