Koronavirusu zərərsizləşdirən anticisimlər aşkarlandı

  • 2020.05.05 23:16
  • 2660 Baxış
Koronavirusu zərərsizləşdirən anticisimlər aşkarlandı
İsrail Bioloji Tədqiqatlar İnstitutunun alimləri koronavirusu zərərsizləşdirə biləcək anticisimlər əldə ediblər. Bu öz növbəsində yoluxmuş xəstələr üçün dərmanın yaradılmasında istifadə edilə bilər.

Medicina.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Nes-Siona şəhərində yerləşən və qapalı hökumət institutu adından yaydığı məlumatda yer alıb.


“Yeni üsul koronavirusa qarşı məqsədyönlü təsir göstərir. Bunlar tərkibində zərərli zülalların son dərəcə az bir nisbətini ehtiva edən monoklonal anticisimlərdir (immun hüceyrələri tərəfindən hasil edilən anticisimlər - Red). Mürəkkəb sınaqların keçirilməsi və bunun tənzimləyici orqanlarda təsdiqləmə prosesi bir neçə ay çəkə bilər.

Hazırda əldə olunan elmi naliyyətə patentin alınması üçün müraciət edilib. Bundan sonra kommersiya miqyasında anticisimlərin istehsalı üçün beynəlxalq istehsalçılarla əlaqə qurulacaq” - deyə, məlumatda qeyd olunub.