Koronavirusun axırı necə olacaq? - İmmunoloq açıqladı

  • 26 Apr 2022 14:25
  • 483 Baxış
Koronavirusun axırı necə olacaq?  -  İmmunoloq açıqladı


Xüsusi infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov kovidin gələcəyi barədə proqnoz verib.

Bakupost.az xəbər verir ki, immunoloq virusun heyvanlara keçib onlar arasında yayılacağını istisna etmir.

"Koronavirusun 2 gələcəyi var: ya o mövsümi xəstəliyə çevriləcək, ya da heyvanat aləminə keçəcək.

Əgər qrip kimi olsa, hər fəsil bir yarımkürədən digərinə, şimaldan cənuba və ya əksi dövr edəcək, ikinci variantda isə vəhşi təbiətdə yeni sahiblərini tapıb, təbii ocaqlı infeksiyaya keçid edəcək.

Ebola, vəba da eynilədir, ya insan, ya da heyvan sahibləri olmalıdır. İkinci halda insanlıq böyük təhlükəylə üzləşməyəcək. Virusun əsas məqsədi hər nə olursa olsun, sağ qalıb yaşamaqdır.

Ona görə gələcək mutasiyaların vəzifəsi yeni rezervuar tapmaqdır. İnsan olmasın, heyvan olsun, fərqi yoxdur.

Əgər bəşəriyyətdə koronavirusa qarşı populyasion immunitet itsə, yenidən heyvanlardan insan orqanizminə qayıdış baş verə bilər - deyə həkim xəbərdar edib".

Qeyd edək ki, Rusiyada alimlər yeni dalğanın sentyabr-oktyabrda olacağını bildirir.

Aygün Musayeva
BakuPost