Koronavirusun dərmanı bu ilin yayına hazır olacaq – Ağ ev rəsmisi

  • 2020.03.03 16:14
  • 1647 Baxış
Koronavirusun dərmanı bu ilin yayına hazır olacaq –  Ağ ev rəsmisi

Koronavirusa yoluxanlar üçün müalicəvi dərman yay aylarına kimi hazır ola bilər. Bu barədə ABŞ vitse prezidenti Mayk Pens Ağ evdə keçirilən brifinqdə deyib.

Medicina.az xəbər verir ki, bir çox farmakoloji şirkətlər artıq dərman və vaksin üzərində çalışmağa başlayıb.

“Ekspertlər bildirir ki, virusun təbiəti o dərəcədə mürəkkəbdir ki, peyvənd üzərində sınaqlar 2021-ci ilin əvvəlinə kimi davam edə bilər. Ona görə hətta yaxın 6 ayda da vaksin gözləmirik. Amma xəstələrə və yoluxanlara kömək edəcək dərman preparatları üzərində iş sürətlə gedir və daha asandır” - deyə Pens bildirib.

Bildirilib ki, Amerika kompaniyaları dərman üzərində səylərini birləşdirib və informasiya mübadiləsi aparırlar.
Xatırladaq ki, COVİD 19 virusu yarasadan insana keçərək mutasiyaya uğrayıb və tibbə hələ məlum olmayan virusa çevrilərək insan orqanizmində ağır fəsadlar yaradır.

ÜST koronavirusu beynəlxalq səviyyəli yüksək dərəcədə epidemiya kimi elan edib.