Koronavirusun yeni ştamı sürətlə yayılacaq, mövcud vaksinlər təsirsizdir- Türk professor

  • 2023.10.16 16:12
  • 809 Baxış
Koronavirusun yeni ştamı sürətlə yayılacaq, mövcud vaksinlər təsirsizdir - Türk professor

Türkiyəli professor: Koronavirusun yeni ştamı sürətlə yayılacaq, mövcud vaksinlər təsirsizdir

Koronavirusun "Eris" ştamının sürətlə yayılacağı gözlənilir.

"Medicina" xəbər verir ki, bu barədə türkiyəli professor Əminə Sönməz deyib.

O bildirib ki, mövcud vaksinlər "Eris" ştamına qarşı təsirsizdir.

E.Sönməz vətəndaşları ehtiyatlı olmağa, xüsusilə yaşlı insanları tibbi maskadan istifadə etməyə çağırıb. Professorun sözlərinə görə, yeni ştam sürətlə yayılsa da, insanlar adətən bu xəstəliyi ayaqüstü keçirirlər.

Həkim qapanma və məhdudiyyətlərin hələ ki tətbiq olunmayacağını düşünür. /report.az/