Koronaya görə bağlanan məşhur liseydə dərslər bərpa olundu

  • 2021.11.29 09:27
  • 1163 Baxış
Koronaya görə bağlanan məşhur liseydə  dərslər bərpa olundu
Bakıda koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub.

Medicina.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilib.

Xatırladaq ki, Bakı Avropa Liseyinfə 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı.