Kovid müalicəsindən sonra insultun səbəbi bu dərman imiş– Məşhur həkim

  • 2021.10.25 18:44
  • 4377 Baxış
Kovid müalicəsindən sonra insultun səbəbi bu dərman imiş – Məşhur həkim

Kovid müalicəsi zamanı və daha sonra xəstələrə uzun müddət antikoaqultant – qandurulducular verilməsi, xüsusən Kleksan, Heparin, Elikvis preparatları qanın laxtalanma sistemini pozur və sonradan bir çox hallarda ciddi fəsadlar verə bilər.


Medicina.az xəbər verir ki, bunu rusiyalı həkim Sofiya Dorinskaya bir pasiyentin xəstəlik tarixçəsi misalında bildirib.


Belə ki, ona müraciət edən 55 yaşlı kişi ciddi vitamin-mineral defisiti ilə üzləşmişdi. Onu hemorragik –beyin qansızması diaqnozu ilə xəstəxanaya qoyurlar.


Xəstə 2 ay əvvəl kovid olmuşdu və ona günlərlə qandurulducu Elikvis verilib. 2 ay sonra kişi sağaldığını görüb, bu dərmanı saxlayıb.


“Bu bir daha onu göstərir ki, həkimlər qandurulducu təyin edəndə qanın göstəricilərinin dəyişməsini nəzərə alıb, balansın pozulmasını kompensasiya etməlidirlər. Birincisi belə dərmanlar qəfildən, birdən saxlamaq olmaz. Kovid müalicəsi zamanı orqanizmdə C, A, E, K vitamini kəskin azalır, qanın laxtalanmasına bu vitaminlər cavabdehdir. Belə xəstələrə bu vitaminlər uzun müddət uyğun dozada təyin edilməlidir.


Hesab edirəm ki, belə xəstələr çoxdur, koviddən sonra insultların artması da bunun nəticəsidir. Qandurulducu dərmanlara giriş-çıxış ağıllı aparılmalıdır, xəstənin ümidinə qoyulmamalıdır. Xəstələrin qan dövranı, laxtalanma göstəriciləri 2-3 ay nəzarətdə saxlanmalıdır. Belə xəstələrə mütləq qeyd etdiyim vitaminlər verilməlidir ki. insultun qarşısını alınsın.