Ağciyər zədələnməsi təəssüf ki, COVID-19 simptomları yox olduqdan sonra da davam edir.
COVID-19 bədəndə, xüsusən də ağciyərlərdə güclü iltihab reaksiyasına səbəb olur. Bu iltihab ağciyər toxumasına zərər verə və çapıq toxumasının (fibroz) əmələ gəlməsinə səbəb ola bilər.
“Medicina” xəbər verir ki, Pirogov Universitetinin dosenti Tatyana Kim xəstəliyin simptomları yox olduqdan sonra belə iltihab ağciyərlərə zərər verməyə davam etdiyini bildirib.
"COVID-19-a səbəb olan SARS-CoV-2 virusu, qaz mübadiləsinin baş verdiyi ağciyərlərdəki kiçik hava kisələri olan alveollara birbaşa zərər verə bilər. Bu zədə fibrozun inkişafına da səbəb ola bilər. Ağciyər toxumasına dəyən ziyana cavab olaraq, bədən artıq kollagen və hüceyrədənkənar komponentləri istehsal etməyə başlaya bilər. Bu, fibroz üçün xarakterik olan ağciyər toxumasının qalınlaşmasına və sərtləşməsinə gətirib çıxarır”.
Kim həmçinin vurğuladı ki, COVID-19-un kəskin simptomları aradan qalxdıqdan sonra belə iltihab prosesi davam edə bilər və bu da ağciyər toxumasına daha çox ziyan vura və fibrozun inkişafına səbəb ola bilər.
Həkim əlavə edib ki, Ağır pnevmoniya, xüsusən də xəstənin mexaniki ventilyasiyaya ehtiyacı olduğu hallarda, ağciyər strukturlarına mexaniki zədələnməyə səbəb ola bilər.
Lakin, bir çox xəstədə, hətta ağır zədələnmə ilə belə, ağciyərlər bərpa qabiliyyəti ("rezorbsiya" adlanır) nümayiş etdirir. İltihab tədricən azalır və zədələnmiş toxumaların bir hissəsi normal vəziyyətinə qayıda bilər. Nəticədə, ağır COVID-19 halından sonra fibroz ehtimalı yüksəkdir, lakin 100% deyil.
Vaxtında müalicə və reabilitasiya nəticənin müəyyən edilməsində əsas rol oynayır. Ağciyərlərdə qalan dəyişiklikləri qiymətləndirmək üçün xəstəlikdən 3-6 ay sonra döş qəfəsi KT müayinəsi aparılmalıdır".
Aygün Musayeva