Koviddən sonra quş qripi epidemiyası gəlir? - İnfeksionistdən proqnoz

  • 2022.04.27 18:32
  • 1328 Baxış
Koviddən sonra quş qripi epidemiyası gəlir?  - İnfeksionistdən proqnoz


Tibdə ilk dəfə Çində 4 yaşlı uşağın quş qripi virusuna yoluxma faktı qeydə alınandan sonra dünyada yeni epidemiya ehtimalları artır.

Bakupost.az xəbər verir ki, ev quşları ilə təmasdan sonra xəstələnən uşaq xəstəxanaya qaldırılıb.

Çin Sağlamlıq Komissiyası ilk dəfə quş qripinin insana keçməsini təsdiq edib. Lakin nə Çin, nə də ÜST hələ ki, quş qripi epidemiyası riskindən narahat deyil.

Rusiyalı infeksionist Nikolay Malışev koviddən sonra Çindən dünyaya quş qripi virusu yayılacağı ehtimalını şərh edib.

"Qaydaya görə, yüksək rəqəmli ştamlar ağır keçir, amma bununla belə onlar az yoluxucudur. İnsanın quş qripinə yoluxması üçün birbaşa xəstə quşla təması lazımdır. Belə yoluxan xəstələr nadir halda, 1-2 nəfər olur.

H3N8 virusu kovidə nisbətən az təhlükəlidir. İnsandan insana ötürülmə faktı yoxdur.

Lakin Çində artıq belə bir faktın olması ölkələri bir qədər düşündürməlidir. Bu virusdur, sabah nə edəcəyi məlum deyil".

Həkim bu virusa qarşı da peyvəndin vacibliyini də vurğulayıb.

Aygün Musayeva
BakuPost