Kovidə yoluxanların sayı - 4 nəfər öldü

  • 2023.01.06 17:49
  • 719 Baxış
Kovidə yoluxanların sayı   - 4 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 683 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 291 nəfər müalicə olunaraq sağalıb, 10 013 nəfər vəfat edib, aktiv xəstə sayı 379 nəfərdir.

Ölkədə son sutka ərzində 2 794, hazırkı dövrədək isə 7 439 300 test aparılıb.