Kovidi ağır keçirənlərdə QİÇS-dən qoruyan gen var - ALİMLƏR

  • 2022.02.24 16:00
  • 2658 Baxış
Kovidi ağır keçirənlərdə QİÇS-dən qoruyan gen var  - ALİMLƏR

Koronavirusu ağır keçirən xəstələrin bədənində QİÇS-ə qarşı müdafiə geni var.

Medicina.az xəbər verir ki, Almaniyanın Antropotologiya İnstitutunun alimləri Huqo Zeberq və Svante Paabo 2020-ci ilin payızında başa çatmış elmi tədqiqatın nəticələrini açıqlayıb.

Onların fikrincə, müasir insanların bir qismi neandertal əcdadlarından üçüncü xromosoma məxsus genetik mutasiya daşıyır, bu gen kovidin ağır gedişatına, hospitalizasiyaya və süni tənəffüs aparatına qoşulmasına səbəb olan Sitoken fırtınası yaradır.


16% avropalı və Cənubi Asiyanın əhalisinin yarısında bu gen daşınır. Lakin Afrika və Şərqi Asiya xalqlarında bu gen tamamilə yoxdur.
Alimlər eləcə də insan genomunda ağır kovidi 20% azaldan genetik variant da tapıblar.


Yeni elmi tədqiqatla sübut olunub ki, ağır kovid geni daşıyan insanlarda daha bir gizli üstünlük var. Bu adamlar QİŞS (Spid) yoluxmaqdan 27% daha az risk daşıyırlar və QİÇS-ə qarşı sanki antitelləri var.


Üçüncü xromosom sahəsində kovidin ağır keçməsinə səbəb olan genlərlə yanaşı immun sistemi kodlaşdıran reseptorlar da yerləşir.

Bunlardan biri CCR5 immundefisit yaradan virusların leykositlərə keçidini təmin edir. İnsanda bu reseptor nə qədər az olsa, onun QİÇS-ə yoluxmaq riski az olur.


Zeberqin bu fikrinin təsdiqini dünyanın 3 böyük bioloji bankında aparılan informasiya analizi də sübut edib.

Lakin QİÇS XX əsrdə yaranıb, kovid isə XXI. Bu iki xəstəliyə qarşı genetikada belə quruluşun milyon illər əvvəl qədim insanda necə formalaşması alimləri təəccübləndirir.


Görünür, o dövrdə də immunitet üçün ciddi təhlükə yaradan infeksiya olub.