Bu gün ən çox istifadə edilən ödəniş üsullarından biri olan hissə-hissə alış-veriş, kredit dini baxımdan beyinlərdə sual işarəsi yaradır.
Bəs qurbanı kreditlə, hissə-hissə ödənişlə almaq olarmı?
Qurbanın səhih olması üçün insan ibadət məqsədi ilə əlində müəyyən xüsusiyyətlərə malik olan heyvanı kəsməlidir. Mülkiyyət heyvanı şəxsən böyütməklə, ianə və ya miras yolu ilə və ya satın alınmaqla əldə edilə bilər.
Bu baxımdan, hissə-hissə ödəməklə alınan mal alıcının mülkiyyətinə keçdiyi üçün, şəxsin qurban kəsməyə maddi imkanı varsa, bu şəkildə alınan heyvanı qurban kəsməyin eybi yoxdur.
Aygün
Medicina.az