KT əvəzinə bu qan analizlərini verin - Pnevmoniyanı göstərir

  • 21 Dek 2020 15:39
  • 49004 Baxış
KT əvəzinə bu qan analizlərini verin   - Pnevmoniyanı göstərir

Pandemiya insanların lazım oldu-olmadı komputer tomoqrafiyasından keçib, əlavə şüa dozası almasına da səbəb oldu.

Bir dəfə KT olunması 350 dəfə rentgen olunmasına bərabərdir. Bircə dəfə KT sizin 2 illik radiasiya şüalanması almanız deməkdir.


KT bu vaxta qədər ciddi xərçəng xəstələrinə təyin olunan müayinə idi. Özəl klinikalarda insanların həkim göstərişi olmadan ürəyi istədiyi vaxt və istədiyi qədər KT-dən keçməsi gələcəkdə daha böyük fəsadlara gətirib çıxaracaq.
Bəs KT olmayan dövrdə həkimlər pnevmoniya olduğunu necə aşkarlayırdı?


"Medicina.az"xəbər verir ki, peşəkar həkim xəstənin şikayəti, öskürək, qızdırma, ağciyərlərinə qulaq asmaq, ümumi vəziyyəti və bir neçə qan analizi ilə artıq bakterial infeksiyanın virusa qoşulduğunu aşkarlayır.


KT-ni əvəz edə biləcək qan analizləri.
Hamısı birlikdə verilməli və 1 həftə sonra təkrarlanmalıdır!


- Qanın ümumi analizi – leykosit, limfosit, neytrofillərin faizi, miqdarı ilə həkim aşkar görür ki, antibiotikə ehtiyac olduğunu görür

- Yanaşı olaraq EÇS və CRP markerləri yoxlanılır. Qanda bu göstəricilər bədəndə patoloji infeksiya və iltihabın olduğunu göstərir. Rəqəmlər nə qədər yüksək olsa, iltihab bir o qədər çoxdur. Bu iltihab ağciyərlərdə, böyrəkdə və oynaqlarda ola bilər. Bunu da həkim pulmonoloq və terapevt təyin edir


- Qanda prokalsitonin – PKT – sistem iltihabi proses və qanda sepsis göstərir. CRP və EÇS-dən də daha həssas və effektiv markerdir.


Pnevmoniya varsa, prokalsitonin yüksəlir və normadan çıxır. Buna əsasən bakterial infeksiyanın olduğunu və artıq antibiotik təyin etmək olar.

Əgər sizdə temperatur 38-dən düşmürsə və 1 həftədir davam edirsə, o zaman birinci bu analizləri verin. KT-ə gərək yoxdur və müalicəyə başlayın.

Evdə bu və digər analizlərin, eləcə də koronavirus testi üçün Medi Plus klinikasının Evdə Analiz xidmətindən istifadə edə bilərsiniz


Qanda antitel analizini evdə ğötürülməsi üçün Medi Plus klinikasına müraciət edin:

012 434 59 36
055 252 45 94