Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lama tükü şizofreniyanı müalicə edə bilər

  • 2025.08.12 18:10
  • 95 Baxış
Lama tükü şizofreniyanı müalicə edə bilər


Fransız tədqiqatçılar lamalardan əldə edilən xüsusi anticisimlərdən istifadə etməklə şizofreniya xəstəliyinin müalicəsi üçün beynin kimyəvi tarazlığına təsir edə biləcək bir molekul hazırlayıblar.


“Medicina” xəbər verir ki, tədqiqatçılar lama tükündən çıxarılan antikorlardan (immun sistemini qoruyan zülallar) istifadə edərək "nanobody" adlı kiçik bir antikor hazırladıqlarını açıqladılar. Bu nano beyində sinir fəaliyyətini tənzimləyən nörotransmitteri işə salır. Nörotransmitterlər bir sinir hüceyrəsindən digərinə mesaj daşıyan kimyəvi molekullardır.


Funksional Genomika İnstitutunun alimləri müəyyən ediblər ki, venaya və ya əzələyə yeridildikdə molekul qan-beyin baryerini effektiv şəkildə keçərək beyin reseptorlarına çatır. Bu maneə beyninizi zərərli maddələrdən qoruyan, möhkəm bağlanmış hüceyrə təbəqəsidir.


Siçanlar üzərində sınaqda yalnız bir inyeksiya ilə koqnitiv funksiyanın yaxşılaşması müşahidə edildi və təsirlər bir həftə davam etdi. İndi bu tapıntıların şizofreniya müalicəsi üçün yeni bir yol olub olmadığını müəyyən etmək üçün klinik sınaqlara ehtiyac var.


Aygün Musayeva