Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lənkəranda cərrah avtomobil qəzası keçirdi

  • 2022.06.06 17:39
  • 2809 Baxış
Lənkəranda cərrah avtomobil qəzası keçirdi



İyunun 6-na keçən gecə Lənkəranda baş vermiş yol qəzasının təfərrüatı məlum olub.

Medicina.az qafqazinfoya.istinadən xəbər verir ki, ötən gecə saat 23 radələrində Lənkəran şəhəri ərazisində rayonun Sütəmurdov kənd sakini, 1955-ci il təvəllüdlü Mirtahir Babayevin idarə etdiyi “Mercedes”lə Liman şəhər sakini, 1981-ci il təvəllüdlü Cahad Ələkbərovun sürdüyü “KİA” markalı avtomobillər toqquşub.

C.Ələkbərov Lənkəran MRX-yə yerləşdirilib. Dərhal “Mercedes”lə qəza törədən və Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cərrah işləyən Mirtahir Babayev də xəstəxanaya gəlib.

O, həkim-cərrah kimi C.Ələkbərovun əməliyyatında şəxsən iştirak edib, lakin ağır xəsarətlər almış şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər Polis İdarəsində araşdırma aparılır.