Liftlərdən uzaq durun – XƏBƏRDARLIQ

  • 2020.10.02 17:16
  • 2897 Baxış
Liftlərdən uzaq durun  – XƏBƏRDARLIQ

Yeni SARS Covid virusu lift kabinələrində aşağı-yuxarı gedərək, uzun müddət qalaraq orda olan hər bir kəsi yoluxdura bilər.


Medicina.az xəbər verir ki, alimlər pandemiyanın dövründə ən təhlükəli mənbə kimi liftləri qeyd ediblər.

Hətta liftə daxil olandan çıxana kimi əllərinizi heç yerə vurmasanız da, düymələri hansısa əşya ilə bassanız da, virusa yoluxma riski qat-qat yüksəkdir.

Hollandiyanın Fizika İnstitutunun alimləri liftlərin yoluxma mənbəyi olduğunu sübut edən eksperiment aparıblar.

Belə ki, virusa yoluxmuş şəxs liftdə olduqdan sonrakı 20 dəqiqə ərzində liftə daxil olan digər şəxslər yoluxub.

Lift kabinəsi daxilində havada viruslu arezollar, ağız və burun suyu mikrohissəcikləri uzun müddət uçuşur.Hətta bir xəstə sərnişinin liftdə olması kifayətdir ki, liftin içində milyon virus zərrəcikləri olsun. 15 dəqiqə içində onların sayı 100 dəfə azalır. Deməli, xəstə insandan sonra liftə daxil olan hər kəs yoluxa bilər.


Liftlərim qapısı açıq saxlanılmaqla tez-tez havalandırılmalı və içərisi hər yarım saatdan bir dezinfeksiya olunmalıdır.
Ona görə də alimlər insanları sağlamlıqları naminə liftdən uzaq durmağa və pilləkənlə çıxıb-düşməyə çağırıb.