Limondan ev işlərinizdə də istifadə edə bilərsiniz - Üsullar

  • 2018.03.29 10:13
  • 10491 Baxış
Limondan ev işlərinizdə də istifadə edə bilərsiniz -  Üsullar
Limonun nə qədər dəyərli bir meyvə olduğunu hamı bilir.


Limonu mətbəxdən başqa gündəlik həyatımızı asanlaşdırmaq üçün necə istifadə istifadə edə biləcəyimizi sizinlə paylaşırıq.


Çox məqsədli limon təmizləyicisi


Bir limonun qabığını soyun və 150  ml sirkədə soyduğunuz qabıqları 1 gecə saxlayın.

Səhəri gün 150 ml su əlavə edərək qarışığı sprey başlıqlı şüşə bir qaba tökün və bu suyu evinizi təmizləyərkən işlədin.


Mətbəx taxtasını limonla təmizləyin


Mətbəx taxtalarını qab şampunu ilə təmizləmək əvəzinə ikiyə böldüyünüz limonu süngər kimi istifadə edərək təmizləyə bilərsiniz.Bu əməliyyatı gündə iki dəfə təkrarlayın.


Ağ parçaları limonla təmizləyin


Ağ paltarlarınızı karbonat və limon suyu qarışığına qoyaraq daha da ağarda bilərsiniz.


Paltarlarınızı bu əməliyyatdan sonra paltaryuyan maşında yuya bilərsiniz.

 

Limonla manikür

 


Dırnaqları gücləndirmək üçün ilıq suya yarım limonun suyunu sıxın və dırnaqlarınızı 10 dəqiqə bu suda saxlayın.


Çillərinizdən limonla qurtulun

 


Limonu dəri ləkələrinə və çillərə tətbiq edərək onlardan qurtula bilərsiniz.

Bir limonu ikiyə kəsin və üzünüzə sürtün. Bir neçə dəqiqə sonra ilıq su ilə yuyun.Üzünüzü nəmləndirməyi də unutmayın.


Ayaqqabı iyindən limonla qurtulun

Təzə limon qabıqlarını ayaqqabılarınızın içinə yerləşdirin və bir gecə saxlayın. Səhər ayaqqabılarınız gözəl qoxuyacaq.(Moderator.az)