Ölüm və doğum sayı azalıb

  • 2018.03.16 13:57
  • 15397 Baxış
Ölüm və doğum sayı azalıb

Cari ilin yanvar ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11938 doğulan körpə qeydə alınıb.




Medicina.az oxu.az-a istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,4 təşkil edib.




Doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 200-ü əkiz, 18-i üçəm doğulanlardır.




Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvarında doğulanların sayı 241 nəfər azalıb. 




2018-ci ilin yanvar ayında ölkədə 5284 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. 




Ölənlərin sayı 2017-ci ilin yanvar ayı ilə müqayisədə 801 nəfərə - 13,5 faiz azalıb.