Macarıstan XİN başçısı koronavirusa yoluxdu

  • 2020.11.04 12:52
  • 15933 Baxış
Macarıstan XİN başçısı koronavirusa yoluxdu

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə “mti.hu” saytı məlumat yayıb.

Bildirilib ki, Macarıstanın XİN başçısının koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Qeyd olunub ki, hazırda Tailandda səfərdə olan nazir paytaxt Banqkokda özünü təcrid edib. Onda COVID‑19-un simptomları yoxdur. Nazir Macarıstana aparılacaq və karantinə alınacaq.