Mahir Emreliyə kovid peyvəndi vuruldu

  • 12 Okt 2021 14:04
  • 347 Baxış
Mahir Emreliyə kovid peyvəndi vuruldu

Milli komandamızın və Polşanın “Legiya” klubunun hücumçusu Mahir Emrelinin koronavirusla bağlı ikinci testinin nəticəsi neqativ olub.

Bununla bağlı Polşa klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, Azərbaycan Futbol Federasiyası Assosiasiyası tərəfindən Emrelinin testinin pozitiv çıxması xəbəri yayıldıqdan sonra “Legiya”nın tibb xidməti tərəfindən yenidən futbolçudan test götürülüb.

Kruqun sözlərinə görə, ikinci testin nəticəsi neqativ olub, Mahir Emreliyə peyvənd vurulub, hazırda vəziyyəti yaxşıdır.