Maradona beynindən əməliyyat olundu

  • 2020.11.04 10:04
  • 4927 Baxış
Maradona beynindən əməliyyat olundu

Əfsanəvi futbolçu və "Gimnasiya və Esgrim” klubunun məşqçisi, argentinalı Dieqo Maradona beyin əməliyyatı keçirib.


Medicina.az "Clarin”ə istinadla xəbər verir ki, tibbi müdaxilə Olivos şəhərində edilib. Bir gün əvvəl idmançıya subdural hematoma diaqnozu qoyulub. Əməliyyat 1,5 saat çəkib.


Maradonanın şəxsi həkimi Leopoldo Luque xəstəxanaya yerləşdirilmənin təcili olmadığını söyləyib.


Hematomanın səbəbi başdan alınan zərbə olub, ancaq bunun konkret nə vaxt baş verdiyi bildirilmir.