Ufoloqlar Google Earth-dən istifadə edərək Marsda bir mələk şəklini kəşf etdiklərini iddia edirlər.
Medicina.az xəbər verir ki, videoda planetin səthindəki kölgə ləkələri göstərilir, mütəxəssislər onların Baş Mələk Mikayıla bənzədiyini iddia edirlər.
Nəinki fiquru, hətta hər hansı bir mələk varlığının vacib atributları olan halo və qanadları da ayırd etmək olar.
Xəritədəki ölçmələrə görə, qəribə şəkil çox böyükdür - təxminən 83 kilometr hündürlükdə və təxminən 67 kilometr enindədir.
YouTube-da yerləşdirilən videoya şərh yazanların bəziləri bunun açıq-aydın qrafik redaktorun işinə bənzədiyinə inanır. Digərləri ləkələrin həqiqi olduğunu fərz edirlər. Qeyri-müəyyən kölgələr rəqs edən toyuğa və ya yarasaya bənzəyə bilər.
Aygün Musayeva