Mart – bağırsaq xərçəngi ilə mübarizə ayı - Bağırsaqları yoxladın

  • 2024.03.29 16:55
  • 1050 Baxış
 Mart – bağırsaq xərçəngi ilə mübarizə ayı  -	Bağırsaqları yoxladın

Mart bütün dünyada qalın və nazik bağırsaq xərçəngi ilə mübarizə ayıdır.

Bağırsaq xərçəngi ən gec diaqnoz olunan onkoloji xəstəlikdir.


“Medicina” xəbər verir ki, endoskopist Nikita Şerbaçenya bağırsağın ən çox yayılmış xərçəng formasına qarşı faydalı prosedurun adını açıqlayıb.


“Kolorektal xərçəngin özəlliyi odur ki, digər bədxassəli şişlərdə olduğu kimi pasiyentin heç bir yeri ağrımır, hətta qəbizlik, nəcisdə qan və ağrı olmur.


Bu zaman bir analiz köməyə gələ bilər: nəcisdə gizli qan analizi. Amma bu da dəqiq və spesifik olmaya bilər. Nəticələr doğru olmaya bilər.

Kolorektal şişlərin qarşısını almaq üçün vaxtında poliplərə diqqət yetirilsin.
Yoğun bağırsaqda mutasiyalar nəticəsində adenoma və dişli, ayaqlı törəmələr yaranır.

Tibdə onların adı polip adlanır.

Baxmayaraq ki, ilk başda xoşxassəli olur, sonradan onlardan bəziləri xərçəngə çevrilə bilər.

10 mm-dən böyük poliplərin displaziyaya çevrilməsi yüksəkdir.

Bu sadə prosedur sizi qoruya bilər.

Kolonoskopiyadan keçirsiz, endoskopik yolla bütün poliplər çıxarılır və 1-2 ildən bir kontrol müayinədən keçirsiz.

Belə deyək, polipektomiya ilə kolonoskopiya sanki bağırsaq xərçənginin peyvəndidir, vaxtında olunduqda 90% qorunma mümkündür.

Aygün Musayeva