Masallıda toyda faciə: bəyin atası rəqs edən zaman öldü

  • 2022.01.15 15:39
  • 2069 Baxış
Masallıda toyda  faciə:  bəyin atası rəqs edən zaman öldü
Masallıda şadlıq evində ölüm hadisəsi qeydə alınıb.

Medicinaa.az xəbər verir ki, hadisə dünən, saat 19 radələrində rayonun Lürən kəndində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Əlirza Abdullayev oğlunun toy mərasimində oynayarkən qəfildən vəfat edib.

Təcili tibbi yardım həkimləri hadisə yerində ona yardım göstərsələr də, artıq kişi keçinmişdi. Onun ürək tutmasından öldüyü təsbit edilib.