Maska istifadəsində edilən səhvlər - Virus riskini artırır

  • 2020.09.26 10:20
  • 2310 Baxış
Maska istifadəsində edilən səhvlər  - Virus riskini artırır
Covid-19 pandemiyasında istifadəsi məcburi hala gələn maska, düzgün taxılmadığı zaman virusa yoluxma riskini artırır.

Bəs maska taxarkən daha çox hansı səhvlərə yol veririk? Maskadan istifadə edərkən nəyə diqqət etməliyik?


Medicina.az həmin araşdırmanı təqdim edir:

İstifadə edilmiş maskalar hara atılmalıdır?



Stola, maşına, cibə, çantaya qoyulan və daha sonra təkrar istifadə edilən maskanın faydadan çox zərəri var. İstifadə edilməyən maskalar qapalı qutuya atılmalı olduğu halda, ətrafa atılır. Həm xəstəliyin yayılmasına, həm də ətrafın kirlənməsinə səbəb olur. Kirlənan maskaları qapalı çöp qutularına atmaq lazımdır. Günlərlə eyni maskanı istifadə etmək xəstəliyin daha tez yayılmasına səbəb olar.

Rəngli maskalar qoruyucudurmu?



Rəngli, geyimimizə uyğun maskalardan istifadə edirik. Yəni sağlamlığımızı deyil, görünüşümüzü düşünürük. Maskalardan artıq aksesuar olaraq istifadə edilməyə başlanılıb. Bu çox yanlışdır.

Maska taxarkən burnumuzu açıq buraxmaq düzgündürmü?

Maskadan istifadə edərkən ağız və burunuza təmas etməyin. Maskada olarkən burun açıqda qoyulur və ya maska çənə altında saxlanılır. Bu istifadə edilən maskanın qoruyuculuğunu azaldır və xəstəliyin yoluxmasını artırır.

Maskanızı atdıqdan sonra mütləq əllərinizi yuyun. Kirli bir maskaya əl vurduğunuzda virus sizə də keçə bilər.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Aygün Nəbiyeva