Mədə yanması müddəti səbəbindən asılı olaraq bir neçə dəqiqədən bir neçə saata qədər dəyişə bilər.
Mədədə qıcqırmanıı iki əsas səbəbi bunlardır:
Turşu reflüksü
Qastroezofageal reflüks xəstəliyi.
Müəyyən qidalardan imtina etmək çox vaxt bu simptomları öz-özünə həll edə bilər. Lakin, simptomlar davam edərsə, qan laxtaları da daxil olmaqla digər potensial səbəblər nəzərə alınmalıdır.
Medicina.az xəbər verir ki, ağciyərlərdə qan laxtaları adətən zamanla azalan və geri qayıdan narahatlığa səbəb olur. Vəziyyət ürək yanmasına çox bənzəyir.
"Bu vəziyyət təzyiq, sıxılma və ya ağrı kimi hiss oluna bilər. Həmçinin ürəkbulanma və ya həzmsizlik kimi də hiss oluna bilər”.
Trombun bəzi klassik əlamətlərinə şişkinlik, dəri həssaslığı, sinə ağrısı, nəfəs darlığı və başgicəllənmə daxildir.
Adətən, ayaqda qan laxtaları əmələ gəlir. Bu vəziyyət tibbi olaraq dərin venaların trombozu kimi tanınır. Laxtalar zədə nəticəsində əmələ gələ bilər, lakin xərçəng, piylənmə və ya qaraciyər xəstəliyi kimi xəstəlikləri olan insanlar da həssasdırlar.
Qan laxtası ayrılıb qan dövranına daxil olarsa, onun ağciyərlərə keçmə ehtimalı var. Bu, qan axınını maneə törədə bilər. Buna görə ağciyər emboliyası kimi tanınan qan laxtalanmasının bir növü ölümcül olur.
Lakin nəfəs darlığı, yüngül ağrı və ya sinədə təzyiq kimi simptomlar altı həftə və ya daha çox davam edə bilər.
Təəssüf ki, diaqnoz qoyulmamış və müalicə olunmamış ağciyər emboliyası olan insanların üçdə birinə qədəri sağ qalmır.
Aygün Musayeva