Məktəblilər xəstəxanalıq oldu - Kütləvi zəhərlənmə

  • 2019.12.12 12:18
  • 2573 Baxış
Məktəblilər xəstəxanalıq oldu -  Kütləvi zəhərlənmə
Türkiyənin Çorum vilayətində məktəblilərin kütləvi zəhərlənməsi baş verib.

Medicina.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 103 məktəbli xəstəxanaya yerləşdirilib.

Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məktəblilərin nədən zəhərləndiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, bundan əvvəl, noyabrın 27-də Sakarya vilayətində 141 məktəbli zəhərlənmışdı.