Türkiyənin məşhur aktrisası Burcu Kıratlı təqdirəlayiq hərəkət edib.
Medicina.az xəbər verir ki, a
ktrisa 23 iyulda qeyd edəcəyi 28-ci doğum günü ilə bağlı sosial mediadakı dostlarına çağırış edib.
B.Kıratlı həmin gün ona hədiyyə alınmamasını, əvəzində hədiyyələrə verəcəkləri pullarla xərçəngdən əziyyət çəkənlər üçün Ümid Vəqfinə yardım etmələrini xahiş edib.
Qeyd edək ki, Kıratlı "Aşk və Mavi” serialının baş rol ifaçısıdır.