Məşhur həkimdən qanazlığına çarə - Təbii üsul

  • 2022.07.19 16:03
  • 4113 Baxış
Məşhur həkimdən qanazlığına çarə -  Təbii üsul
Anemiyaların bir çox müalicə üsulları vardır. Mənim təklif etdiyim resept belədir:1 kq qırmızı çuğundur, 1 kq bal, olmasa 750 qram şəkər tozu, 8-10 ədəd limon götürülür.

Medicina.az xəbər verir ki, həkim fitoterapevt Füzuli Hüseynov qanazlığına qarşı öz reseptini təqdim edib.


"Əvvəlcə çuğundur soyulur və nazik-nazik dilimlərə doğranır, sonra limon da soyularaq (yaxşı olar limonun yarısı soyulmasın qabıqlı rəndələnsin) dilimlənir.

Şüşə balona əvvəlcə çuğundur dilimləri qoyulur, üstünə şəkər tozu səpilir, sonra limon, yenə də üzərinə şəkər tozu və ya bal əlavə edilir və beləcə ərzaqların hamısı əlavə edilir, soyuducuda saxlanılır. 3-4 gündən sonra gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir. (mətli olan hissələr yeyilir).

Təklif etdiyim resept anemiyanın bütün növlərində, dəmir və mineral çatışmazlığında, yüksək xolesterində, qəbizlikdə və ümumiyyətlə, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmaq üçün əla bir vasitədir".